Modern.az

Hava limanında iki təyyarə toqquşdu

Hava limanında iki təyyarə toqquşdu

Aktual

14 Fevral 2019, 22:29

Hava limanında iki təyyarə toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vnukovo aeroportunda qeydə alınıb. Hadisə iki təyyarə yedəyə alma zamanı baş verib. "Azur Air” aviaşirkətinin Boinq-767 layneri "Rusiya” təyyarəsinin göyərtəsinə çırpılıb.

İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.

 

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir