Modern.az

Ərdoğanla Putin apreldə yenidən görüşəcək

Ərdoğanla Putin apreldə yenidən görüşəcək

Dünya

17 Fevral 2019, 21:14

Türkiyə və Rusiya prezidentləri yenidən bir araya gəlir. Modern.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər.

Bu barədə açıqlama verən Rusiya prezidentinin müşaviri Yuri Uşakovun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır.

Y.Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.

 

Qeyd edək ki, bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir