Modern.az

Tovuzda 70 yaşlı kişi bıçaqlandı

Tovuzda 70 yaşlı kişi bıçaqlandı

Aktual

21 Aprel 2019, 15:40

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az-ın ”Report”a istinadən məlumatına görə, 1949-cu il təvəllüdlü Yanıqlı kənd sakini Tağıyev Cəlal Səməd oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir