Modern.az

Tovuzda itkin düşən kişi göldə batıbmış - YENİLƏNİB

Tovuzda itkin düşən kişi göldə batıbmış - YENİLƏNİB

Aktual

26 Aprel 2019, 21:52

Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.

Modern.az “Report”a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb.

Modern.az ”Report”a istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kəndi ərazisində olan Qazıqulu gölündə batdığı ehtimal olunur.

Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir