Modern.az

Həbsxanadan qaçan 154 nəfərdən 51-i hələ də  axtarılır

Həbsxanadan qaçan 154 nəfərdən 51-i hələ də  axtarılır

Aktual

17 May 2019, 21:44

Həbsxanadan 154 məhbus qaçıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhbuslar İndoneziyanın Şimali Sumatra əyalətindəki Lanqkat həbsxanasından qaçıb.

 

Məlumata görə, məhkumlardan birinin üzərindən narkotik maddənin aşkarlanmasından sonra məhbuslar həbsxananı yandırıblar. Qarışıqlıqdan istifadə edən 154 məhbus həbsxanadan qaçıb.

 

Məhkumların bir qismi tutulsa da, onların 51-i hələ də gizlənir. Bu istiqamətdə əməliyyatlar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var