Modern.az

Goranboyun icra başçısı tapşırıqlar verdi

Goranboyun icra başçısı tapşırıqlar verdi

Aktual

23 May 2019, 16:38

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hər həftə rayonun müxtəlif kəndlərin əhalisi ilə görüşür, onların problemlərini yerində öyrənir. Keçirilmiş qəbullarda əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması istiqamətində qrafikə uyğun olaraq, 23 may 2019-cu il tarixdə icra başçısı rayonun Börü kəndində səyyar görüş keçirib.  

 

Kənd sakinləri əsasən icra başçısından kəntdə elektrik dirəklərinin yenilənməsi, içməli su probleminin aradan qaldırılması və kəndə gələn yolun düzəldilməsini xahiş ediblər.

İcra baççısı tərəfindən dinlənilmiş müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülüb.

 

Müraciətlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E