Modern.az

Üç fransıza ölüm cəzası verildi

Üç fransıza ölüm cəzası verildi

Dünya

26 May 2019, 20:52

Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.

 

Modern.az  “Azərtac”a istinadən xəbər verir ki, Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.

 

Mühakimə olunanların məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir