ABŞ-ın Avropa ölkələrində yerləşdirdiyi nüvə bombaları haqda məxfi sənəd internetdə yayılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, Avropada 150 nüvə bombası yerləşir.
NATO Parlament Assambelyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü Cozef Dey öz hesabatında təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqlayıb.
“Nüvə qarşıdrumasının yeni erası? Müttəfiq qüvvələrinin modernləşməsi, silahlara nəzarət və nüvə qüvvələri” adını almış hesabatda ABŞ-ın 6 Avropa ölkəsindəki hərbi bazarında – Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Hollandiyada “Volkel” və Türkiyədəki “İncirlik” yerləşdirilib.
Sənəd ümumilikdə, Avropada 150 nüvə bombasının, o cümlədən B61 bombalarının yerləşdirdiyi məlumdur.
Sənəd internetdən silinsə də, Belçikanın “De Morgen” qəzeti sənədin sürətini yenidən taparaq yayımlayıb. Jurnalistlərin fikrincə, NATO faktiki olaraq, hərbi sirrini açıqlamış olub.