İzmirdə dənizdən Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb.
Trend.az-ın məlumatına görə, cəsədi sahildə balıq tutan balıqçılar aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat veriblər.
Məlumata əsasən, R.Nəcəfovun cəsədi İzmir morquna aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.