Modern.az

194 ölkənin axtardığı İlan İsraildə tapıldı

194 ölkənin axtardığı İlan İsraildə tapıldı

Aktual

23 Avqust 2019, 22:03

Moldova hökuməti tərəfindən beynəlxalq axtarışa verilən deputat İlan Şor İsraildədir.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə “İnterpol”un Moldovadakı nümayəndəsi Viorel Çentiu məlumat verib.

“Məlum olub ki, İlan Şor hazırda İsraildədir. Onu “İnterpol” kanalı ilə axtarırlar. Əgər Şor harasa getmək istəsə, həbs olunacaq və Moldovaya ekstradisiya olunacaq”, - Çentiu bildirib.

Onun sözlərinə görə Şoru 194 ölkədə axtarırlar.

Bundan öncə Şora qarşı ölkəni qanunsuz tərk etməsi faktı ilə əlaqədar cinayət işi açılıb. Onun ölkəni tərk etməsinə qadağa 2017-ci ildə qoyulub.

Şor ölkənin ən nüfuzlu siyasətçilərindən biridir. O, Şor Partiyasının sədridir. Bu partiya ölkənin ən nüfuzlu dördüncü partiyası sayılır. Şor həmçinin məşhur rusiyalı müğənni Jasminin həyat yoldaşıdır.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir