Modern.az

Azərbaycanın iki ölkədə yeni səfirləri təyin edildi

Azərbaycanın iki ölkədə yeni səfirləri təyin edildi

Aktual

10 Fevral 2012, 20:36

Prezident İlham Əliyev Abbasəli Kərəm oğlu Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb. Abbasəli Həsənov bundan əvvəl Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Prezidentin digər sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı Elnur Sultanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə də sərəncam imzalayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir