Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev seçkilərə hazırlaşır.
2012-ci il martın 9-da, saat 10:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında bu qurumun hesabat-seçki konfransı keçiriləcək.
Modern.az xəbər verir ki, konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Artıq AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb.
Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.
Hazırki AFFA prezidenti Rövnəq Abdullayevin 4 illik səlahiyyət müddəti artıq başa çatır.
Modern.az