Heydər Əliyev Sarayından “Eurovision-2012”y Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli final gecəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti və www.eurovision.tv ilə canlı yayımı başa çatıb.
Milli finalda bir çox sənət adamları, o cümlədən ötən illərdə “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edən müğənnilər çıxış ediblər.
Finalda “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparıblar.
Sonda münsiflər qalibi elan ediblər. Beləliklə, Səbinə Babayeva “Eurovision-2012”də Azərbaycanı təmsil edəcək.
Modern.az-ın məlumatına görə, S.Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda “Gran Pri” mükafatına layiq görülüb.
Modern.az