Modern.az

Allahşükür Paşazadə, Mübariz Qurbanlı, deputatlar qan verdilər...

Allahşükür Paşazadə, Mübariz Qurbanlı, deputatlar qan verdilər...

10 Sentyabr 2019, 12:12

Aşura günü ilə əlaqədar Təzəpir məscidində ənənəvi qanvermə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.

Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.


Saat 12:00-a olan məlumata əsasən, 3 min 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok