Modern.az

Türkiyə 7 PKK terrorçusunu  məhv etdi

Türkiyə 7 PKK terrorçusunu  məhv etdi

Aktual

22 Sentyabr 2019, 20:18

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirir.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Haftanin rayonuna endirilən hava zərbələri nəticəsində 7 PKK terrorçusu məhv edilib.

Qeyd edilir ki, hava zərbələri "Pəncə" anti-terror əməliyyatının üçüncü mərhələsi çərçivəsində endirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir