Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edib.
Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Ər-Riyadda Putin kral Salman ben Əbdül Əziz Əl Saudla görüşəcək. Tərəflər Suriya və regionda neft qiymətlərinin stabilləşdirilməsini, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin həlli barədə müzakirə aparacaqlar.
Rəsmi Ər-Riyadın Rusiya ilə sənaye, energetika, kənd təsərrüatı, hərbi-texniki sahədə və mədəni-humanitar sahədə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.