Modern.az

Azərbaycan əsilli milyarderin aktivləri dondurulur

Azərbaycan əsilli milyarderin aktivləri dondurulur

Aktual

20 Oktyabr 2019, 20:54

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.

Belə ki, 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini - təxminən 450 milyon funt sterlinq verməli idi.

Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir