Modern.az

Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir

Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir

Aktual

22 Oktyabr 2019, 15:57

Türk Silahlı Qüvvələri 17 oktyabr 2019 tarixində Türkiyə ilə ABŞ arasında əldə edilmiş anlaşma çərçivəsində, PKK/YPG terrorçularının 120 saat içərisində bölgədən çıxışını yaxından təqib edir. Türkiyə terrorçuların bölgədən çıxışını ABŞ-la birgə koordinasiya edir.

  

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bəyan edib.

 

Bildirilib ki, bu çərçivədə indiyə qədər bölgədən 136 maşın çıxış edib.

 

“ABŞ ilə aparılan razılığa baxmayaraq PKK/YPG terrorçuları 17 oktyabr 2019, saat 22.00-dan etibarən ümumilikdə 42 dəfə razılaşmanı pozaraq hücum həyata keçirib. Məsələ ilə bağlı ABŞ hərbi rəsmiləri ilə yaxından əlaqələndirmə davam etdirilir”, - deyə nazirliyin bəyanatında bildirilib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var