Modern.az

Rus döyüşçünü belə nokauta saldılar - VİDEO

Rus döyüşçünü belə nokauta saldılar - VİDEO

Dünya

3 Noyabr 2019, 23:09

Meksikalı boksçu Saul Alvares rusiyalı Sergey Kovalev üzərində parlaq qələbə qazanıb.

Modern.az axar.az-a istinadən xəbər verir ki, S.Alvares 11-ci raundda ardıcıl yumruq zərbələri ilə Kovalevi nokauta salıb və hakim döyüşü dayandırıb.

Bununla da rusiyalı yarım-orta ağır çəkidə dünya çempionu titulunu qoruya bilməyib.

Döyüşdən sonra Alvares tamaşaçılardan təmkinli olmağı, daha səssiz davranmağı xahiş edib. O, bunu zərbənin ağır olması ilə əlaqələndirib.

Qeyd edək ki, son oyunu ilə meksikalının hesabında qələbələrin sayı 53-ə çatıb. Onun bir məğlubiyyəti və iki heç-heçəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok