Modern.az

Valideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaq

Valideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaq

Aktual

10 Noyabr 2019, 15:25

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür.

 

Modern.az xəbər verir ki, 9 noyabr Dövlət Bayrağı Günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Dövlət Bayrağı Günü həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür.

 

Lakin bu, altıgünlük iş həftəsi olan məktəblərdə beş gün işləyən və təhsil alanlara aid deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok