Modern.az

Goranboyda ağır qəza, yaralılar var

Goranboyda ağır qəza, yaralılar var

Aktual

10 Noyabr 2019, 18:00

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

“Hyundai” və “Vaz” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…