Modern.az

İcazəsiz ov edən şəxslər saxlanılıb

İcazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 16:26

İcazəsiz ov edən şəxslər saxlanılıb.

 

Modern.az xəbər verir ki, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb və  onların ov tüfəngləri müsadirə olunub.

 

Araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub. 

 

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!