Modern.az

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa getdi

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa getdi

23 Noyabr 2019, 20:18

ABŞ-ın vitse-prezidenti Mayk Pens əvvəlcədən elan etmədən İraqa səfərə gedib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəsmisi səfər çərçivəsində Bağdadın qərbindəki Əyn əl-Əsəd hava bazasında yerləşdirilən amerikalı hərbçilərə baş çəkəcək.

Qeyd edək ki, ötən ilin 26 dekabrında ABŞ prezidenti Donald Tramp da İraqa gözlənilmədən səfər edərək amerikalı hərbçilərlə görüşüb. O, ABŞ-ın hərbi qüvvələrini bu ölkədən çıxarmaq fikrində olmadığını, eyni zamanda Suriyada antiterror əməliyyatları üçün İraq ərazisindən istifadə edə biləcəklərini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E