Ermənistan ordusunun intihar edən əsgəri ilə bağlı yeni detallar üzə çıxıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dilicanda yerləşən hərbi hissələrdən birində hərbi qulluqçu intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidməti hadisənin məlumatına görə, noyabrın 26-da səhər saat 9:00 radələrində Dilicanda yerləşən təlim-tədris mərkəzində əsgər Vaan Muşeqyan (2000-ci il) cəsədi tapılıb. Onun özünü asaraq intihar etdiyi vurğulanır.