Modern.az

Ərdoğan və Putin birgə açılış edəcək

Ərdoğan və Putin birgə açılış edəcək

Dünya

29 Noyabr 2019, 16:42

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan “Türk axını” qaz kəmərinin açılışını birgə keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O, mərasimin 2020-ci ilin yanvarında baş tutacağını da əlavə edib.

“Təsdiq edə bilərəm ki, Putin və Ərdoğan  baş tutan telefon danışıqları zamanı yanvarın əvvəllərində qaz kəmərinin birgə açılışı barədə razılığa gəliblər”-deyə Peskov söyləyib.

 

"Türk axını" qaz xətti Rusiya qazını Türkiyəyə, ordan isə Balkan yarımadasına çatdırmağa imkan verir. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir