Modern.az

Goranboyda yeni yaşayış binası tikilir

Goranboyda yeni yaşayış binası tikilir

Aktual

11 Dekabr 2019, 11:13

Goranboy rayonu Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binası tikilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının müvafiq müraciəti əsasında, Dəliməmmədli şəhərində qəzalı vəziyyətdə olan binanın sakinlərinin mənzil-məişət  şəraitinin yaxşılaşdırılması məqsədi ilə, 2 mərtəbəli 8 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. 

 

Rayon İcra Hakimiyyətindən saytımıza verilən digər məlumata görə, Goranboy rayonunda 30 mindən artıq tut tinginin əkilməsi prosesi aparılır.

Bildirilib ki, Goranboy rayonunda baramaçılığı inkişafının təmin edilməsi məqsədi ilə, cari mövsümdə 31500 ədəd tut tinginin əkilməsi nəzərdə tutulub. Artıq 22500 ting rayonun bir neçə kəndlərini əhatə etməklə, əkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir