Modern.az

Türkiyədən “Eurovision” açıqlaması: "Qələbəyə ümidsizik"

Türkiyədən “Eurovision” açıqlaması: "Qələbəyə ümidsizik"

16 Mart 2012, 16:24

Türkiyənin TRT Yayın Müdiri İbrahim Şahin, may ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Yarışmasında ölkəsinin qələbə şansını dəyərləndirib.

“Anadolu” Agentliyinin Xəbər Akademiyasında qonaq olan İ.Şahin “Türkiyənin “Eurovision”dakı şansını necə görürsünüz" sualına pessimist notlarla cavab verib.
  "Eurovision bu il Bakıda olmasaydı birinci ola bilərdik” deyən TRT şefinin fikrincə, “bir türk cümhuriyyətinin qələbə çalmasından bir il sonra təkrar türkcə danışan bir ölkəyə - Türkiyəyə birincilik verməzlər”.

Qeyd edək ki, Bakıda keçiriləcək “Eurovision-2012″ mahnı müsabiqəsində qardaş ölkəni müğənni Can Bonomo təmsil edəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!