Yanvarın 1-də saat 18 radələrində Abşeron rayonunun Görədil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə həmin şəxs hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır