Modern.az

5387600 seçki bülleteni çap ediləcək

5387600 seçki bülleteni çap ediləcək

Aktual

4 Yanvar 2020, 12:53

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub. 

 

Modern.az xəbər verir ki, MSK katibi Arifə Muxtarovanın iclasda bu barədə məlumatı səsləndirib. Məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Belə ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək