Modern.az

“Hazırda bir nəfər içkidən zəhərlənmə diaqnozu ilə müalicə alır” - Baş toksikoloq

“Hazırda bir nəfər içkidən zəhərlənmə diaqnozu ilə müalicə alır” - Baş toksikoloq

13 Yanvar 2020, 12:22

“Hazırda Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində içkidən zəhərlənmə diaqnozu ilə bir nəfər xəstə müalicə alır”.

 

Bunu Modern.az-a şöbənin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

 

A.Maqsudov qeyd edib ki, bu diaqnozla daxil olan yeni xəstə yoxdur:

 

“Vəziyyəti stabilləşənlər də evə buraxılıb”.

 

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında bir neçə nəfər viskidən zəhərlənib. Onlardan iki nəfər dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et