Modern.az

İcra Hakimiyyətinin avtomobili piyadanı öldürdü

İcra Hakimiyyətinin avtomobili piyadanı öldürdü

Aktual

21 Yanvar 2020, 13:36

Bakıda yük maşını piyadanı vurub öldürüb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

 

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAz" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Bakı Şəhər İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək