Modern.az

Özbəkistandakı səfir Novruz Məmmədovun yalanını çıxardı:  Gəlib orda da deyə bilərəm

Özbəkistandakı səfir Novruz Məmmədovun yalanını çıxardı:  Gəlib orda da deyə bilərəm

Aktual

22 Yanvar 2020, 10:35

Ötən gün tanınmış jurnalist Aida Eyvazova Modern.az saytında dərc edilən “Seyid Əzim Şirvaninin nəticəsi Azərbaycana gəlmək istədi, Elxan Süleymanov aldatdı, Novruz Məmmədov mane oldu” (//modern.az/az/news/224431?fbclid=IwAR0KkUtiUJOl0c2RrLm2JgPBmy5JpiQDc9Z-uDb1h3YDpHvrX8tEzCWugvk) yazısında keçmiş baş nazir Novruz Məmmədovu ittiham edərək onun Seyid Əzimin nəticəsinin Azərbaycana gəlməsinə mane olduğunu yazmışdı.

 

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Novruz Məmmədovla əlaqə saxladı və o, saytımıza açqılamasında bu məsələdən heç vaxt xəbərinin olmadığını bildirdi.

 

Ölkəmizin Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev isə Novruz Məmmədovun  verdiyi açıqlamaya cavab verib.

 

O, Novruz Məmmədovun məsələnin birbaşa içində olduğunu və rəsmi məktubun 2013-cü  ildə ona çatdığını söyləyib.

 

“Seyid Əzim Şirvaninin nəticəsi Fatma Seyidin Azərbaycana gəlmək istəməsi barədə  məktub Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova təqdim edilib.”. 

 

Hüseyn Quliyev məsələnin detallarını da açıqlayıb:

 

“Həmin qadını jurnalist Aida Eyvazova tapmışdı. Yataqxanada yaşayırdı o qadın. Mən də bütün bunları  prezident aparatına yazdığım məktubumda qeyd etdim. Cənab prezident Novruz Məmmədova məsələnin araşdırılıb ona məlumat verilməsini tapşırmışdı. Məsələnin üzərindən 5 ay keçəndən sonra Novruz Məmmədova zəng etdim. Məsələni xatırlatdım. O da “bunu araşdırmağa vaxtım yoxdur” deyə cavab verdi.

  

Səfir Fatma Seyidin qızının erməni ilə ailə qurmasına da aydınlıq gətirib:

 

“10 gündən sonra Novruz Məmmədovun köməkçisi mənə zəng edib dedi ki, “o qadını bura gətirə bilmərik. Çünki onun qızının yoldaşı ermənidir”. Bu sözdən sonra məsələnin ciddi olduğunu başa düşdüm. Bu məsələnin dəqiq olub-olmadığını araşdırmağa başladıq. Fatma xanımın qızının sabiq yoldaşının atası azərbaycanlı, ana tərəfdən nənəsinin anası tacik, atası isə erməni idi. Rəhmətlik Fatma xanımın qızı əri ilə elə 90-cı illərdə ayrılıbmış. Yəni bu Vətənə gəlməməyə səbəb ola bilməzdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü