Modern.az-ın məlumatına görə, AVRONEST Parlament Assambleyasının bu gün Azərbaycan Milli Məclisində start götürən ikinci sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvi, deputat Naira Zöhrabyan sessiya iştirakçılarına Azərbaycan əleyhinə məlumat əks olunan vərəqələr paylayıb .
Erməni nümayəndə heyətinin rəhbəri Vahan Ovenesyan isə sessiya başlayan kimi sərsəmləyərək Azərbaycanda nifrətlə qarşılandıqlarını, onların faşistlərlə eyniləşdirildiyini qeyd edib. O, bunun iclasın protokoluna salınmasını istəyib. AVRONEST PA-nın prezidenti bu sayıqlamanın protokola salınacağını deyib.