Modern.az

\"Qarabağ\" \"Neftçi\" ilə heç-heçə etdi

\

8 Fevral 2020, 21:51

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Modern.az  xəbər verir ki, turun son oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib.


Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüş komandalar arasında 100-cü duel kimi tarixə düşüb. Yubiley matçında qapılara qol vurulmayıb.

Bu oyundan sonra xallarını 35-ə çatdıran "Qarabağ"  turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub. 27 xalı olan "Neftçi" isə "Keşlə"ni geridə qoyaraq yenidən ikinci sıraya yüksəlib.

Günün ilk oyununda "Zirə" klubu səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Qəbələ"yə 3:2, "Səbail" isə səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib.



Telegram
Hadisələri anında izləyin!
Keçid et