Ölkədə növbədənkənar parlament seçkiləri üçün səsvermə prosesi səhər saatlarından etibarən davam edir. Havanın kəskin dəyişməsi seçici aktivliyində sual yaradır.
Maraqlıdır, havanın soyuması, əlverişsiz şərait seçki prosesinə necə təsir edir?
Məsələ ilə bağlı Modern.az-a danışan Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov hava şəraitinin seçicilərin səsvermə istəyinə qarşı olmadığını bildirb:
“Azərbaycan Respublikasında seçki konustutision hüquqdur, vəzifə deyil. Havanın pis və yaxud yaxşı olmasından aslı olmayaraq, bizim hörmətli seçici əgər seçkidə iştirak etmək istəyirsə, gedib səs verəcək. Əgər vətəndaş seçkiyə maraqlı deyilsə, hava yaxşı olsa da gedib səs verməyəcək. Bu gün saat 15:00-a olan nəticələrə görə seçicilərin 39,23 faiz seçicinin səs verdiynin şahidi olduq. Göründüyü kimi havanın belə olması seçicilərin səs verməsinə mane olmur”.
Yaşlı seçicilərin səsverməsindən danışan İ.Məmmədov səyyar quqtuların artıq belə seçicilərin evinə göndərildiyini deyib:
“Yaşlı seçicilərin arzu və istəyindən aslı olaraq, müəyyən edilmiş müddətdə əgər seçki komissiyalarına müraciət edilibsə, səyyar qutu həmin ünvana gedir və həmin şəxlsər öz seçimini edir”.