Modern.az

Sevgilisi ilə mesajlaşan 20 yaşlı gənc öldürüldü

Sevgilisi ilə mesajlaşan 20 yaşlı gənc öldürüldü

11 Fevral 2020, 15:49

İstanbulun Kasımpaşa səmtində 20 yaşında gənc öldürülüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc evində nişanlısıyla məsajlaşdığı zaman   maskalı şəxsin hücumuna məruz qalıb

 

Kimliyi müəyyən olunmamış həmin şəxs Niyazi Ustahüseynə evinin pəncərəsindən atəş açmağa başlayıb. Ürəyindən, qolundan və böyrəyindən güllə yarası alan gənc “ana mən ölürəm” deyərək keçinib.

 

Hadisə zamanı qonşu otaqda olan ana isə “oğlumun qanı yerdə qalmasın, qatillərinin tapılmasını istəyirəm” deyə polisdən yardım istəyib .

Qətllə bağlı polis araşdırmalara başlayıb.

 

Səkinə ƏLƏKBƏR

Whatsapp
Bizə yazın!
Keçid et