Modern.az

Hindistan Ərdoğanın Kəşmir çıxışına sərt reaksiya verdi

Hindistan Ərdoğanın Kəşmir çıxışına sərt reaksiya verdi

Aktual

15 Fevral 2020, 16:29

Hindistan Türkiyəni ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Hindistanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.

“Hindistan ayrılmaz hissəsi olan Cammu və Kəşmirə aid bütün iddiaları təkzib edir. Biz Türkiyə rəhbərliyini Hindistanın daxili işlərinə müdaxilə etməməyə çağırırıq”, - deyə XİN-in məlumatında qeyd olunub.

 

Qeyd edək ki, bundan öncə Pakistan parlamentində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəşmirlə bağlı mövqeyini bildirmiş, problemin beynəlxalq normalara uyğun həllinə tərəfdar olduğunu bəyan etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir