Modern.az

Bakıda köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakıda köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 14:52

Bakıda yanğın olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.

 

Yataqxana binası yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et