Modern.az

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

Aktual

18 Fevral 2020, 16:28

Azərbaycanda fəaliyyət göstərən istixanlarla bağlı statsitika açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2019-cu ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3019 vahid istixana fəaliyyət göstərib.

Həmin istixanalarda 216586,0 ton pomidor, 16685,8 ton xiyar, 5439,1 ton badımcan, 269,0 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4,0 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal edilib.

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Rəsmi məlumata görə, yanvar ayında respublikada örtülü torpaq sahələrindən 18,0 min ton tərəvəz toplanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir