Modern.az

Nazirlikdə ictimai dinləmə keçiriləcək

Nazirlikdə ictimai dinləmə keçiriləcək

Aktual

24 Fevral 2020, 15:30

Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə fevralın 28-də saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

 

O qeyd edib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Nazirliyin müvafiq qurumlarına təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi