Modern.az

Azərbaycan koronavirus olan ölkələrin siyahısına daxil edildi - vizaların verilməsi dayandırıldı

Azərbaycan koronavirus olan ölkələrin siyahısına daxil edildi - vizaların verilməsi dayandırıldı

Aktual

28 Fevral 2020, 10:58

Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, siyahıda Azərbaycandan başqa, Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın da adı var.

 

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərarını açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?