Modern.az

Bakıda yaşayış binasında YANĞIN - 8 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında YANĞIN - 8 nəfər təxliyə edildi

28 Fevral 2020, 14:53

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. 

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et