Modern.az

Avroliqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Avroliqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

28 Fevral 2020, 16:50

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, püşkatma nəticəsində səkkiz cütlük müəyyənləşib.

 

Onlardan birində bu gün Bakı vaxtı ilə saat 21:00-da üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib.

 

Turnirin favoritlərindən sayılan “İnter” və “Sevilya” bu mərhələdə çətin rəqiblərlə düşüb. İtaliya klubunu “Ayaks”ı turnirdən uzaqlaşdırmış “Xetafe” ilə, Avroliqanı ən çox qazanmış İspaniya komandasını isə “Roma” ilə görüş gözləyir. 

 

“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka)

 

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)

 

“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya)

 

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna)

 

“İnter” (İtaliya) – “Xetafe” (İspaniya)

 

“Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

 

“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi – “Bazel” (İsveçrə)

 

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)

 

Qeyd edək ki, 1/8 finalın oyunları martın 12-də və 19-da keçiriləcək

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi