Modern.az

Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH

Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH

Aktual

28 Fevral 2020, 18:12

Azərbaycanda hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslərdən 1-i İtaliya, 12-si İran, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşlarıdır:

 

"Həmin şəxslər müalicə olunmur. Hazırda onlardan müayinələr götürülüb və cavablar gözlənilir. Cavablar gələnə qədər onlar karantində saxlanılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi