Modern.az

Portuqaliyada ilk yoluxma qeydə alındı

Portuqaliyada ilk yoluxma qeydə alındı

2 Mart 2020, 16:48

Portuqaliyada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, COVİD-19 İtaliyadan Portuqaliyaya qayıdan kişidə aşkarlanıb. 60 yaşlı şəxs fevralın 29-da tibb işçilərinə müraciət edib.

 

Bundan əlavə, ilkin analizlər bir müddət əvvəl İspaniyanın Valensiya şəhərində işgüzar səfərdə olan başqa bir kişinin də virusa yoluxa biləcəyini göstərib. Hazırda həkimlər yenidən diaqnoz qoyurlar.

 

Qeyd olunur ki, hər iki kişi Portuqaliyanın şimalındakı Porto şəhərində yaşayır.

Twitter
Sizə yeni tvit var
Keçid et