Modern.az

Ruhanidən virusla bağlı ETİRAF: Bütün əyalətlərə yayılıb

Ruhanidən virusla bağlı ETİRAF: Bütün əyalətlərə yayılıb

4 Mart 2020, 15:28

Koronavirus İranın demək olar ki, bütün əyalətlərində yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib. O bildirib ki, koronavirus çoxsaylı ölkələrdə yayılan qlobal xəstəlikdir. Qabaqlayıcı tədbirlər və işbirliyi ilə bu problemi ən qısa müddətdə aradan qaldırmaq lazımdır.

 

“Tibb işçilərimizin dəstəyi və xalqımızın iradəsi ilə, əməkdaşlıq şəraitində bu böhranı ən qısa müddətdə ən az itki ilə aradan qaldıracağımıza söz verirəm", - deyə Ruhani əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et