Modern.az

Bakıda daha bir marşrutun hərəkət xətti dəyişdirildi

Bakıda daha bir marşrutun hərəkət xətti dəyişdirildi

7 Mart 2020, 10:59

Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et