Modern.az

Oğuzda meşə zolağı yanır

Oğuzda meşə zolağı yanır

7 Mart 2020, 15:22

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et