Modern.az

Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub öldürdü

7 Mart 2020, 21:59

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Mahmudov Sərdar Mahmud oğlunu “Daewoo” markalı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, S.Mahmudov xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər rayonu Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et