Modern.az

Vahid Əhmədov seçicilərlə görüş keçirən ilk deputat oldu

Vahid Əhmədov seçicilərlə görüş keçirən ilk deputat oldu

13 Mart 2020, 11:18

Milli Məclisin deputatı Vahid Əhmədov növbədənkənar parlament seçkilərinin nəticələri təsdiq edildikdən dərhal sonra Qubada seçiciləri ilə ilk görüş və qəbulunu keçirib.

 

Modern.az-ın məlumatına görə, seçki ərəfəsi, təbliğat-təşviqat kampaniyası zamanı əhali ilə görüşlərdə onlar tərəfindən deputata ünvanlanmış çoxsaylı sual və xahişlərlə bağlı bütün məsələlər qeydiyyata alınıb.

 

Deputat deyib ki, qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına sorğular göndərilib və ilk müsbət cavablar alınmaqdadır. Millət vəkili həmçinin bildirib ki, Qəçrəş və Zizik kənd sakinlərinin müraciəti nəzərə alınıb, kənd məscidlərinin təmirinə dəstək verilib. Onun sözlərinə görə, görüşlər zamanı qaldırılmış bütün təklif və müraciətlər üzərində iş bundan sonrada davam etdiriləcək.

 

Seçicilərin xahişi nəzərə alınaraq onlar deputat tərəfindən təkbətək qəbul ediliblər. Ümumilikdə 78 seçici Vahid Əhmədov tərəfindən qəbul edilib. Mənzillərin təmiri, ev tikintisi üçün inşaat materiallarının ayrılması, işə qəbul, müxtəlif məqsədlər üçün torpaq sahələrinin ayrılması, yaz tarla işlərinin görülməsi üçün aidiyyatı idarələr tərəfindən köməkliyin göstərilməsi və s. məsələlər əhalini narahat edən əsas problemlərdən olub. Bütün məsələlər  qeydiyyata  alınıb, həlli istiqamətləri müəyyənləşdirilib.

 

Qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev ilə görüşən Vahid Əhmədov qəbul zamanı deyilmiş məsələlər barəsində fikir mübadiləsi aparıb. Növbəti qəbul aprel ayına planlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et